Gənclər və İdman Nazirliyinin kollektivi sərgi-satış yarmarkası

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və kollektivin üzvləri Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində keçirilən sərgi-satış yarmarkasına 300-dən artıq müəllifin 10 mindən artıq əl işi çıxarılmışdı. Yarmarka xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədinə xidmət edir.